Kapitan öz istəyi ilə yığmadan kənar qaldı

14 Mart 2021 23:20 Milli komanda 1 006
Kapitan öz istəyi ilə yığmadan kənar qaldı

Azərbaycan millisinin kapitanı Maksim Medvedev DÇ-2022-nin seçmə mərhələsində ilk oyunları buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”ın müdafiəçisi yığmanın baş məşqçisi Canni de Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. İtaliyalı mütəxəssis də Medvedevin xahişini müsbət cavablandırıb.

Millimiz martın 24-də və 30-da seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti