De Byazi Mərdəkanı istəmədi, milliyə yeni QADAĞALAR GƏTİRDİ

14 Mart 2021 17:20 Milli komanda 1 686
De Byazi Mərdəkanı istəmədi, milliyə yeni QADAĞALAR GƏTİRDİ

Azərbaycan millisi sabah DÇ-2022-in seçmə mərhələsinin hazırlığına start verəcək.

Sportinfo.az-ın məlumatına görə, komanda Bakıda bir araya gələcək.

Canni De Byazi kollektivi Mərdəkandakı bazaya yerləşdirməkdən imtina edib. Baş məşqçi buna səbəb kimi orada U-21-in toplaşmasını əsas gətirib.

İtalyan mütəxəssis yığmanı ətraf aləmdən tamamilə təcrid edəcək. Futbolçuların kənar şəxslərlə münasibət saxlamasıına və oteldə ayaqüstü görüşməsinə də icazə verilməyəcək.

Məkandan kənara çıxmaq izni olmayacaq. Foyedə artıq vaxt keçirməyə, qrup şəklində hansısa stolüstü oyun oynamağa məhdudiyyət qoyulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti