AFFA-nın buna da gücü çatmadı - Milli 2 gün əvvəl…

13 Mart 2021 13:00 Milli komanda 1 715
AFFA-nın buna da gücü çatmadı - Milli 2 gün əvvəl…

Bilindiyi kimi, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus"a məxsus stadionda təşkil olunacaq.

Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya millisinin ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

Sporti6nfo.az-ın məlumatına görə, komandamız İtaliyaya matçdan 2 gün öncə yollanacaq. Halbuki əvvəl bu səfərin 5 gün qabaq təşkil olunmas nəzərdə tutulmuşdu.

AFFA təsadüfən planı dəyişməyib. Federasiya yığmanın martın 15-də təlim-məşq toplanışı üçün Antalyaya getməsinə vəsait tapmadığı kimi, Apennin yarımadasında 5 günlük hazırlıq keçməsinə də pul əldə edə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti