Bir neçə gündür Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) müxtəlif qitələrin rəmzi U-20 komandalarını açıqlayır.
Burada 2000-ci il və daha sonra anadan olanlar yer alıb.
Sportinfo.az apasport.az-a istinadən Azərbaycan Premyer Liqasının cari mövsümündə meydana çıxan 2000 və daha aşağı təvəllüdlü futbolçuların siyahısını təqdim edir.
Ümumilikdə 24 belə oyunçu şans qazanıb. Onlardan 21-i yerli, 2-si legioner, biri isə milliləşən əcnəbidir.
Çempionatımızın heç bir komandası gənc qapıçıya şans verməyib. Ölkəmizdə U-20-yə düşəcək qolkiper yoxdur.
Klublarımız müdafiə xəttində də daha çox təcrübəlilərə güvənir. Bunun nəticəsidir ki, arxada qalan 19 turda cəmi 6 gənc müdafiəçi meydana çıxıb. Onlardan da yalnız biri – Rüfət Əhmədov oyunların yarısından çoxunda iştirak edib. Üçü isə yalnız bir dəfə şans qazanıb.
|
Rüfət Əhmədov |
Qəbələ |
10 |
|
Mert Çelik |
Neftçi |
9 |
|
Cəlal Hüseynov |
Zirə |
5 |
|
Elçin Mustafayev |
Keşlə |
1 |
|
Elton Əlibəyli |
Neftçi |
1 |
|
Nicat Əliyev |
Sumqayıt |
1 |
Gənclərə daha çox yarımmüdafiəçi kimi etimad göstərilib. Cari mövsümdə 16 belə oyunçu meydana çıxıb. Onlar arasında rekordçu Toral Bayramovdur. Onun “Qarabağ”dakı komanda yoldaşı Elvin Cəfərquliyevlə “Qəbələ”li İdris İnqilablı 13 dəfə şans qazanıb. 16 gənc yarımmüdafiəçidən dördü – bir dəfə, yəni təsadüfi meydana çıxıb.
|
Toral Bayramov |
14 |
Qarabağ |
|
Elvin Cəfərquliyev |
13 |
Qarabağ |
|
İdris İnqilablı |
13 |
Qəbələ |
|
Turan Vəlizadə |
10 |
Keşlə |
|
Səbuhi Abdullazadə |
10 |
Sumqayıt |
|
Veysəl Rzayev |
9 |
Sabah |
|
Rüfət Abdullazadə |
9 |
Sumqayıt |
|
Ədilxan Qarəhmədov |
8 |
Səbail |
|
Şakir Seyidov |
7 |
Sabah |
|
Ceyhun Nuriyev |
5 |
Sabah |
|
Pərviz Azadov |
3 |
Keşlə |
|
Xəzər Mahmudov |
2 |
Keşlə |
|
Fərid Yusifli |
1 |
Neftçi |
|
Asim Əlizadə |
1 |
Neftçi |
|
Arsen Ağcabəyov |
1 |
Səbail |
|
Sənan Ağayev |
1 |
Sumqayıt |
Hücum xəttində də gənclərə güvənilmir. Yalnız iki belə futbolçu şans qazanıb. Hazırda onların hər ikisi “Zirə”dədir. İki komandada oynamış Musa Qurbanlıdan fərqli Filipe Paxtmandır. O, cəmi 1 dəfə şans qazanıb.
|
Musa Qurbanlı |
Qarabağ/Zirə |
10 |
|
Filipe Paxtman |
Zirə |
1 |

