Azərbaycan yığmasına gətirilən hücumçudan SEVİNDİRİCİ XƏBƏR

12 Mart 2021 20:40 Milli komanda 1 576
Azərbaycan yığmasına gətirilən hücumçudan SEVİNDİRİCİ XƏBƏR

Anatoli Nuriyev "Minay"da fevral ayının ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Ukrayna klubunun rəsmi teleqram kanalında azarkeşlər arasındakı səsvermədə birinci olub.

Nuriyev komanda yoldaşları Anton Şinder və Ripo Malepeni qabaqlayıb. Forvard ardıcıl 4-cü dəfə ayın futbolçusu nominasiyasında qalib adını qazanıb.

Anatoli Nuriyev və onun komanda yoldaşı Rüstəm Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Nuriyev vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti