AFFA millini Antalyaya yollamaq üçün PUL TAPMADI

12 Mart 2021 11:40 Milli komanda 1 971
AFFA millini Antalyaya yollamaq üçün PUL TAPMADI

AFFA-nın DÇ-2022-nin seçmə mərhələsinə hazırlaşan milli ilə bağlı planları dəyişib.

Sportinfo.az-ın məlumatına görə, bu, maliyyə çatışmazlığından irəli gəlib.

Bilindiyi kimi, komanda martın 15-də bir araya gəlməlidir. Canni De Byazinin fikri bu idi ki, yığmanı ölkə xaricinə aparsın. Baş məşqçi təlim-məşq toplanışı keçmək üçün bir neçə ölkəni gözaltı etmişdi.

65 yaşlı mütəxəssis Türkiyə, Bolqarıstan, Macrıstan, Kipr, Lüksemburq, Monteneqro kimi xeyli variantı nəzərdən keçirmişdi. Apenninli çalışdırıcı sonda Antalyaya səfər etmək yönündə federasiya rəhbərliyi ilə fikir birliyinə varmışdı.

Sən saydığını say, gör, SOCAR nə sayırmış! Neft şirkəti millinin qonşu ölkədə hazırlıq keçməsinə vəsait ayıra bilməyib.

Yəni ki, planın gerçəkləşməməsi koronavirus pandemiyası ilə əlaqədar deyil. səfər xərclərinin çoxluğu son durumu bu hala gətirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti