Millimiz DÇ-2022-nin seçmə mərhələsinə İtaliyada start verəcək.
Komandamız həmin gün Portuqaliya ilə qarşılaşacaq.
Koronavirus pandemiyası səbəbindən UEFa bu görüşü Torino şəhərinə salıb.
Canni De Byazinin çalışdırdığı yığmamız martın 15-də bir araya gələcək. AFFA hazırda millinin səfər proqramını müəyyənləşdirmək üzrədir.
Baş məşqçi ilə məsləhətləşən federasiya rəhbərliyi komandanı İtaliyaya oyundan 5 gün öncə yola salmağı planlaşdırır.
SPORTİNFO.AZ

