Azərbaycan millisi Avstriyaya yox, bu ölkəyə getməli oldu - Qətərlə matç üçün

9 Mart 2021 00:42 Milli komanda 1 015
Azərbaycan millisi Avstriyaya yox, bu ölkəyə getməli oldu - Qətərlə matç üçün

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçının yeri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Qətər Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Görüş əvvəlcədən açıqlandığı kimi, Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

Koronavirus pandemiyasına görə yaranan səyahət məhdudiyyətləri səbəbindən qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nedyerdeyi" stadionunda oynanılmasına qərar verib.

Mundialın meydan sahibləri Lüksemburq və İrlandiyanı da bu arenada qəbul edəcək.

Martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti