"Bizim işimiz həqiqətən çox çətin olacaq"

8 Mart 2021 21:00 Milli komanda 711
"Bizim işimiz həqiqətən çox çətin olacaq"

"Qrupda yaxşı oyun sərgiləməklə diqqət mərkəzinə düşə bilərik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri millinin yarımmüdaiəçisi Qara Qarayev deyib.

Azərbaycan yığması DÇ-2022-in seçmə mərhələsi çərçivəsində martın 24-də Portuqaliya ilə "Yuventus"a məxsus stadionda qarşılaşcaq.

Canni De Byazinin baş məşqçilik etdiyi komanda 3 gün sonra Qətərlə üz-üzə gələcək. Komandamız martın 30-da Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəcək.

Qarayev hər oyunun gənc futbolçular üçün şans olduğunu bildirib: "Gənc futbolçuların hamısı dərk edir ki, seçmə oyunlardan sonra diqqət mərkəzinə düşə və hansısa çempionatlara gedə bilərlər.

Bizim işimiz həqiqətən çox çətin olacaq. İndidən hansısa xal və ya xallar yığacağımızı demək tez olar. İlk oynayacağımız komandalar qrupumuzun favoritləridir".

Digər Xəbərlər
Xəbər Lenti