"Daha çox qazanmaq üçün əlimizdən gələni etməliyik"

7 Mart 2021 09:20 Milli komanda 406
"Daha çox qazanmaq üçün əlimizdən gələni etməliyik"

"Bizi çox çətin oyunlar gözləyir. Həmin matçların asan keçəcəyini düşünə bilmərik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev Portuqaliya və Serbiyaya qarşı keçirəcəkləri dünya çempionatının seçmə oyunları barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi yığmada bəzi mövqelərdə futbolçu qıtlığının olduğunu bildirib:

"Bəzən elə mövqelər olur ki, oraya futbolçu tapa bilmirik. İşimiz çətindir. Oynayacağımız komandalar da güclüdür. Portuqaliya Avropa çempionudur,

Serbiya isə son vaxtlar ən yaxşı oyun sərgiləyən kollektivlərdən biridir. Hər iki görüşdə əlimizdən gələni edəcəyik. 5 komandalı qrupa düşməyimiz bir az sıxıntı yaradır.

Hər halda daha çox xal qazanmaq üçün əlimizdən gələni etməliyik. İşimizin çətinliyini hər kəs bilir. Portuqaliya və Serbiya ilə oynamaq heç də asan iş deyil" (report).

Azərbaycan millisi martın 24-də Portuqaliya ilə İtaliya "Yuventus"una məxsus stadionda qarşılaşcaq. Canni De Byazinin baş məşqçilik etdiyi komanda martın 30-da Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"