"Məni komandaya qaytaracağını dedi, amma bunu etmədi".

6 Mart 2021 16:40 Milli komanda 1 399
"Məni komandaya qaytaracağını dedi, amma bunu etmədi".

"Qəbələ"də çıxış edərkən əvvəlcə hər şey qaydasında idi., sonra baş məşqçi Roman Qriqorçuk məni altı aylıq əvəzedici heyətə göndərdi.

Əsas komandaya qaytaracağını dedi, amma bunu etmədi".

Sportinffo.az xəbər verir ki, bu fikirləri Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç "Bfootball" nəşrinə geniş müsahibəsində deyib.

29 yaşlı qolkiper bildirib ki, 2015/2016 mövsümünün sonunda "Qəbələ" rəhbərliyi onunla əlaqə saxlayıb:

"Həmin vaxt Kiyevdə idim. Qayıtmağımı istədilər və daha sonra müqaviləm ləğv edildi. Çağırmaqlarının səbəbini soruşduqda isə üz-üzə danışmaq istədiklərini bildirdilər.

Azərbaycana qayıtdım, müqavilə ləğv olunduğu üçün bir az təzminat verildi. Çünki klubla daha birillik sözləşməm var idi. Sonra isə "Minay"a keçdim".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı