Azərbaycan yığması ora getmək istəmir - AFFA UEFA-ya məktub göndərdi

6 Mart 2021 13:00 Milli komanda 3 991
Azərbaycan yığması ora getmək istəmir - AFFA UEFA-ya məktub göndərdi

2022-ci ildə dünya çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan matçının yeri fevralın 10-da rəsmən açıqlandı.

Bildirildi ki, qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil ediləcək.

Martın 27-də "Generali Arena"da keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Qətər 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.

Redaksiyamıza verilən yeni məlumata görə, AFFA ərəblərlə qarşılaşmnın yerinin dəyişdirilmiəsi məqsədi ilə UEFA-ya müraciət ünvanlayıb.

Federasiya bu matçın İtaliyada təşkil edilməsinin mümkün olub-olmaaması barədə qitə futbol qurumuna sorğu göndərib.

Axı komandamız ondan 3 gün əvvəl Torinoda – «Yuventus»un stadionunda Portuqaliyanın qonağı olacaq.

AFFA İtaliyadan Avstriyaya keçidin koronavirus pandemiyası səbəbindən problem yaratması ehtimalından narahatdır. Həm oyunlar arasında vaxt azdır, həm də Avstriya ərazisinə daxil olarkən yenidən korona testi vermək lazım gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!