De Byazi tələb etdi: Komandanı Azərbaycandan kənara çıxarın

6 Mart 2021 09:40 Milli komanda 1 705
De Byazi tələb etdi: Komandanı Azərbaycandan kənara çıxarın

DÇ-2022-nin seçmə mərhələsində çıxış edəcək Azərbaycan millisi martın 15-də bir araya gələcək.

Sportinfo.az-ın məlumatına görə, Canni de Byazi hazırlıq planı ilə bağlı AFFA rəhbərliyinə müraciət edib.

Baş məşqçi təlim-məşq toplanışının ölkə xaricində təşkil olunmasını istəyib. İtaliyalı çalışdırıcı Portuqaliya və Qətərlə səfərdə, Serbiya ilə Bakıda keçiriləcək matçlara normal hazrlaşmaq üçün burada münasib şəraitin olmadığını bildirib.

Apenninli çalışdırıcı həm koronavirusa yoluxma faizinin son günlər yenidən artmasını, həm də qeyri-sabit hava şəraitini əsas gətirib.

Onun sözündən yola çıxan AFFA mənsubları millinin toplanış keçə biləcəyi məkanları müəyyənləşdirməyə başlayıb.

Bir neçə variant araşdırmaya alınıb. Bura Türkiyə, Bolqarıstan, Sloveniya, Lüksemburq, Kipr, Monteneqro və başqa ölkələr daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!