Millimizlə oyun üçün 30 futbolçuya dəvət göndərdi

5 Mart 2021 20:00 Milli komanda 635
Millimizlə oyun üçün 30 futbolçuya dəvət göndərdi

Serbiya yığması dünya çempionatının seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan milliləri ilə oyunlar üçün heyətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç 30 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 15-i yarımmüdafiəçi, 4-ü hücumçudur.

Qapıçılar: Predraq Raykoviç ("Renn", Fransa), Marko Dmitroviç ("Eybar", İspaniya), Borçe Nikoliç ("Bazel", İsveçrə)

Müdafiəçilər: Stefan Mitroviç ("Strazburq", Fransa), Nikola Milenkoviç ("Fiorentina", İtaliya), Uroş Spayiç ("Feyenord", Niderland), Miloş Velkoviç ("Verder", Almaniya), Straxinya Pavloviç ("Serkl", Belçika), Marko Petkoviç (TSC), Milan Qayiç ("Srvena Zvezda"), Filip Mladenoviç ("Legiya", Varşava Polşa)

Yarımmüdafiəçilər: Mixaylo Ristiç ("Monpelye", Fransa), Saşa Lukiç ("Torino", İtaliya), Uroş Raçiç ("Valensiya"), Nemanya Maksimoviç ("Xetafe", İspaniya), Nemanya Qudel ("Sevilya", İspaniya), Nemanya Radonyiç ("Herta", Almaniya), Duşan Tadiç ("Ayaks", Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç ("Latsio", İtaliya), Filip Curiçiç ("Sassuolo", İtaliya), Darko Lazoviç ("Verona", İtaliya), Marko Qruyiç ("Portu", Portuqaliya), İvan İliç ("Verona", İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç ("Ayntraxt" Frankfurt, Almaniya)

Hücumçular: Aleksandar Mitroviç ("Fulhem", İngiltərə), Luka Yoviç ("Ayntraxt" Frankfurt, Almaniya), Duşan Vlaxoviç ("Fiorentina", İtaliya), Corce Despotoviç ("Rubin", Rusiya)

Serbiya seçməsi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan seçməsinin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti