"Azərbaycan millisində yeni mentalitet formalaşdırmağa çalışıram"

27 Fevral 2021 09:20 Milli komanda 690
"Azərbaycan millisində yeni mentalitet formalaşdırmağa çalışıram"

"Albaniya yığmasındakı şəraiti nəzərə alaraq, həmin uğuru əldə edəcəyimizi heç kim təsəvvür edə bilməzdi.

Hazırkı komandamda isə yeni mentalitet və beynəlxalq yarışlara fərqli yanaşma formalaşdırmağa çalışıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Calciosovietico" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, komandada yaxşı iş planlaşdırmaq imkanı ilə əla struktur mövcuddur:

"Biz gəncləri yetişdirməyə çalışmalı və onların praktikalarını genişləndirməli, təlim-məşq toplanışları təşkil etməliyik. Bunlar gənclərin texniki və taktiki artımına istiqamətlənib".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!