AFFA sizə hansı vədi vermişdi, yerinə yetirmədi?

26 Fevral 13:40 Milli komanda 269
AFFA sizə hansı vədi vermişdi, yerinə yetirmədi?

Sportinfo.az Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin müsahibəsini təqdim edir:

- Azərbaycan milli komandasından ayrıldıqdan sonra işləriniz necə gedir?

- Doğma şəhərim Zaqrebə qayıtdım. "Covid-19" pandemiyası burdan da yan keçmədi. Deyərdim ki, həyat tamamilə dayanmışdı. İndi vəziyyət düzəlməyə doğru gedir. Mənim futbolda geniş əlaqələrim var, təkliflər olub, lakin ən yaxşı və əlverişlisini gözləyirəm. Ümid edirəm ki, 2-3 ay sonra yeni komandama qovuşacağam.

- Millimizin son oyunlarını izləmisiniz? Nə kimi dəyişikliklər görürsünüz?

- Bəli, bütün oyunları izləyirəm. Bir çox oyunçu mənim vaxtımda necə çıxış edirdilərsə, indi də elə oynayır.

Bu dəfə Premyer Liqadan olan bir neçə yeni sima gördüm. Etiraf edək ki, Millətlər Liqası Avropa çempionatı kimi güclü deyildi, bərabər rəqiblərlə oynamaq Azərbaycana çətin olmamalı idi. Təəssüf ki, Azərbaycan bu şansdan istifadə edə bilmədi. Onu da qeyd edərdim ki, liqada Lüksemburqla olan hər iki oyunda komanda istənilən kimi mübarizə apara bilmədi. Amma Kiprə qarşı yaxşı oyun nümayiş etdirdilər. Bu sözləri Monteneqro millisi üçün deyə bilmərik. Xüsusən rəqib qırmızı vərəqə alandan sonra Azərbaycanın əlinə yaxşı fürsət düşsə də, yararlana bilmədi. Eyni zamanda, onu gördüm ki, bütün matçlar fərqli idi. Komanda bəzilərində yaxşı, bəzilərində orta, bəzilərində zəif təsir bağışladı. Ümumilikdə yaxşı mübarizə aparsalar da, qol cəhətdən milli kasad idi.

- Amma xələfiniz çox iddialıdır...

- Canni De Byazi çox yaxşı məşqçidir, onun Albaniya millisinə qazandırdığı uğur buna bariz nümunədir. Azərbaycan üçün də eynisi etməyə çalışacaq, lakin bu asan deyil. Çünki çətin qrupa düşüb.

-AFFA sizə hansı vədi vermişdi, yerinə yetirmədi?

- Elə bir vəd yadıma düşmür. AFFA ilə daimi əlaqədəyik, münasibətimiz yaxşıdır. Həmişə qeyd etmişəm, Azərbaycan milli komandasında çalışmaq mənim üçün çox xoş idi.

- Azərbaycan futbolunda ümidverici nə görürsünüz?

- Daha yaxşı milli komanda, umumiyyətlə, yaxşı liqaya malik olmaq üçün 8-dən çox klub olmalıdır. Bununla belə düşünürəm ki, çalışsalar, Azərbaycan futbolunu irəli apara bilərlər. Gələcək üçün yaxşı şanslar görürəm. Aşağı yaş qruplarında yaxşı futbolçular var. Xüsusən qeyd edərdim ki, Milan Obradoviç yaxşı heyət qurub. Təbiidir ki, vaxt lazımdır. Oyunlarını izləyirəm, ümid edirəm ki, zamanla hər şey yoluna düşəcək.

- Azərbaycanda hansı maraqlı məqamlar yadınızda qalıb?

- Çoxdur, amma ən yadda qalan Xorvatiya ilə görüş oldu. Dünyanın vitse-çempionu ilə 1:1 bərabərə qalmaq yaxşı nəticə idi. İlk oyunda da yaxşı çıxış etdik. Macarıstan matçını qeyd edərdim, son dəqiqələrdə vurduğumuz təmiz qolu hakim qeydə almadı. Şəxsi həyata gəldikdə, ailəmlə birlikdə Bakının demək olar bütün görməli yerlərini gəzdik, çox gözəl vaxt keçirdik. Heç vaxt unutmaram, Qəbələ gözəl yerdir. Amma Bakı mənim üçün tamam başqa şəhərdir. Oranı sevdim.

- Azərbaycan sizə nə qazandırdı?

- Bayaq dediyim kimi, Azərbaycan millisinin baş məşqçisi olduğum üçün fəxr etdim. Özünüz də şahid oldunuz ki, bəzi oyunlarda bəxtimiz gətirmədi. Bu da az xal qazanmağımıza səbəb oldu. Amma biz çox sərt rəqib idik.

Azərbaycanda gözəl dostlar qazandım, gözəl şəhər və gözəl ölkədə yaşadım. Təklif gəlsə, yenə gəlib orada çalışaram (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi