De Byazi Qurban Qurbanovun yolu ilə getdi, bəyəndi

23 Fevral 2021 16:00 Milli komanda 1 180
De Byazi Qurban Qurbanovun yolu ilə getdi, bəyəndi

Premyer Liqanın son turunda «Sabah»a 2 qol vuran Amil Yunanov yenidən milliyə dəvət alacaq.

Sportinfo.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Canni de Byazi «Səbail»in hücumçusunu bu matçda bəyənib.

Sonuncu dəfə 3 il öncə - Qurban Qurbanov tərəfindən ölkənin əsas komandasına çağırılan «Qəbələ»nin yetirməsi indi italyan çalışdırıcıda özü barədə müsbət fikir oyadıb.

Apenninli mütəxəssis klub nümayəndələri ilə söhbətində Yunanovu bir müddətdir diqqətdə saxladığını və onda müsbət keyfiyyətlər gördüyünü bildirib. De Byazi Amilin qol duyumunun yüksək olmasının onda maraq yaratdığını söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti