İlk dəfə yığmaya çağırılacaq – İspaniya klubundan

22 Fevral 2021 16:40 Milli komanda 1 028
İlk dəfə yığmaya çağırılacaq – İspaniya klubundan

DÇ-2022-nin seçmə mərhələsində Serbiya millisi Azərbaycanla oyuna yeni futbolçu dəvət edəcək.

Sportinfo.az xəbər verir ki, İspaniyanın “Sportinq Xixon” klubunun hücumçusu Uroş Curceviç ilk dəfə yığmaya çağırılacaq.

27 yaşlı forvardın La Liqa-2-dəki uğurlu çıxışı Serbiya Futbol Assosiasiyasının diqqətini cəlb edib.

Hazırda millidə baş məşqçi postu boş olduğundan, assosiasiyanın skautları Curceviç barədə müsbət raport təqdim ediblər. Yeni çalışdırıcı təyinatından sonra da bu, baş məşqçiyə bildiriləcək.

Curceviç cari mövsüm vurduğu 16 qolla La Liqa-2-nin bombardirlər yarışına başçılıq edir. O, böyük ehtimalla DÇ-2022-nin seçmə qrup mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycanla oyunlarda iştirak ərizəsinə salınacaq.

Serblər millimizlə martın 30-da Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"