AFFA bu futbolçuları milliyə gətirmək üçün FİFA-nın "qapısını döydü"

21 Fevral 2021 09:40 Milli komanda 1 218
AFFA bu futbolçuları milliyə gətirmək üçün FİFA-nın "qapısını döydü"

AFFA Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin Azərbaycan millisinə cəlb olunması istiqamətində hüquqi proseduru başladıb.

Qurum bu msəqsədlə artıq FİFA-ya müraciət edib.

Məqsəd Ukraynda «Minay»ın formasını geyinən futbolçulrın DÇ-2022-nin seçmə mərhələsinədək yığmaya cəlb olunmasına icazə almaqdır.

Federasiya adını çəkdiyimiz hücumçuların Azərbaycanla qohumluq bağları barədə məlumatları toplayıb və çalışır ki, FİFA qısa zaman kəsiyində araşdırma aparıb, müraciəti müsbət cavablandırsın.

Millimiz martda 3 rəsmi oyuna çıxacaq. Canni de Byazinin çalışdırdığı komanda gələn ayın 14-15-i aralığında bir araya gəlib, hazırlığa start verməlidir.

İtalyan baş məşqçi hər iki futbolçu ilə Antalyada görüşərək, onları tarixi vətənlərinin şərəfini qorumağa razı salıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti