"Özümü Azərbaycana bağlamışam, uzun müddət burada qalacam"

20 Fevral 2021 17:00 Milli komanda 931
"Özümü Azərbaycana bağlamışam, uzun müddət burada qalacam"

"Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq.

Bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Klaudio Beluççi "Cittaceleste" nəşrinə müsahibəsində deyib.

Baş məşqçi Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis bildirib ki, məqsədləri həmişə inkişaf etməkdir: "DÇ-2022-nin seçmə mərhələsindəki qrupumuz çox çətindir.

Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. "Qarabağ" Çempionlar Liqasının qrupunda "Roma" ilə oynayıb.

Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdır. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam.

Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. Özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacağam".

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk görüşünü martın 24-də Portuqaliyaya qarşı keçirəcək. Martın 30-da Serbiyanı qəbul edəcək yığma 27-də Avstriyada Qətərlə üz-üzə gələcək.

Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!