Azərbaycan yığması 1-dən o yana getmədi

18 Fevral 2021 13:40 Milli komanda 776
Azərbaycan yığması 1-dən o yana getmədi

FIFA milli komandaların 2021-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Sportinfio.az xəbər verir ki, Azərbaycan millisi 1 pillə irəliləyib.

Komanda 1180 xalla 108-ci sırada qərarlaşıb.

Yığmanın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci yerdədir.

1492 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi 1235 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.

1487 xala malik Türkiyə millisinin də mövqeyi dəyişməz qalıb və qonşu ölkə təmsilçisi 32-ci sıradadır.

Reytinqin ilk 3 pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı