COP29

Azərbaycan milisində oynamaq üçün 200 min dollar tələb etdi! – SON DƏQİQƏ

14 Fevral 2021 16:00 Milli komanda 4 424
Azərbaycan milisində oynamaq üçün 200 min dollar tələb etdi! – SON DƏQİQƏ

AFFA-nın Kamran Əliyevi milliyə cəlb etmək yolunda növbəti addımı uğursuz nəticələnməsi barədə dünən oxucularımızı məlumatlandırmışdıq.

Qeyd etmişdik ki, «Ximki»nin formasını geyinən hücumçu yığmamızdan aldığı təklifi geri çevirib.

Bir neçə il öncə U-20-in heyətində yoxlama görüşünə çıxan forvardın federasiyaya mənfi cavab verməsinin səbəbi Rusiyada qarşılaşacağı problemdən qaynaqlanır.

Belə ki, o, millimizi seçərsə, bu ölkədə legioner sayılacaq. Premyer liqada debüt mövsümünü keçirən Əliyev bunu gələcək karyerasına ciddi təhdid olaraq qəbul edir.

Onsuz da, «Ximki»də işləri qaydasında getmir, əsas heyətə düşmür. Əcnəbi statusu alarsa, ümumiyyətlə, başqa yerli komandalardan dəvət almayacağını düşünür.

Maraqlıdır ki, Kamran Rusiyadan kənara çıxmaq da istəmir. AFFA digər bir ölkədə karyerasını davam etdirməsinə yardımçı olacağını vəd edir, o isə bununla da razılaşmır.

Bu gün məsələ ilə bağlı AFFA rəhbərliyinə yaxın şəxslərdən yeni bilgi əldə etmişik.

Redaksiyamıza verilən məlumata görə, Əliyev son olaraq federasiyadan 200 min dollar tələb edib.

Gənc hücumçunun bu istəyi isə rədd olunub. Onun diqqətinə çatdırılıb ki, bu iş üçün büdcədə əlavə vəsait nəzərdə tutulmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!