Millimizdən gələn təklifi geri çevirdi – BU SƏBƏBDƏN

13 Fevral 2021 20:00 Milli komanda 1 252
Millimizdən gələn təklifi geri çevirdi – BU SƏBƏBDƏN

AFFA-nın Kamran Əliyevi milliyə cəlb etmək yolunda növbəti addımı uğursuz nəticələnib.

Sportinfo.az-ın məlumatına görə, «Ximki»nin formasını geyinən hücumçu yığmamızdan aldığı təklifi geri çevirib.

Bir neçə il öncə U-20-in heyətitndə yoxlama görüşünə çıxan forvardın federasiyaya mənfi cavab verməsinin səbəbi Rusiyada qaarşılaşacağı problemdən qaynaqlanır.

Belə ki, o, millimizi seçərsə, bu ölkədə legioner sayılacaq. Premyer liqada debüt mövsümünü keçirən Əliyev bunu gələcək karyerasına ciddi təhdid olaraq qəbul edir.

Onsuz da, «Ximki»də işləri qaydasında getmir, əsas heyətə düşmür. Əcnəbi statusu alarsa, ümumiyyətlə, başqa yerli komandalardan dəvət almayacağını düşünür.

Maraqlıdır ki, Kamran Rusiyadan kənara çıxmaq da istəmir. AFFA digər bir ölkədə karyerasını davam etdirməsinə yardımçı olacağını vəd edir, o isə bununla da razılaşmır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi