Bu ölkənin yığmasına dəvət almadı, Azərbaycana məcburiyyətdən "hə" dedi

13 Fevral 2021 11:20 Milli komanda 1 911
Bu ölkənin yığmasına dəvət almadı, Azərbaycana məcburiyyətdən "hə" dedi

"Açığı, özümü beynəlxalq səviyyədə sınamaq istəyimə baxmayaraq, hələlik şərh ediləsi xüsusi bir şey yoxdur.

Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə 1 il öncə başladı. Axı, ata tərəfdən bu ölkə ilə bağlılığım var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Ukraynanın "Minay" klubunun kapitanı Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə danışarkən deyib.

25 yaşlı hücumçu hələlik təfərrüatları açıqlamaq istəmədiyini bildirib: "Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm.

Mənim işim "Minay" üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda - DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək.

Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq".

Nuriyev Ukrayna Premyer Liqasında cari mövsümün ilk hissəsində 5 qol vurub. O, daha əvvəl Ukrayna millisində çıxış etmək arzusunda olduğunu bildirsə də, hazırda bunun asan olmayacağını etiraf edib:

"Hər zaman belə bir arzum olub. Lakin orada çox yüksək rəqabət var. Ölkənin əsas komandasında debüt etmək bir yana, yığmaya çağırılmağım belə gözlənilmir".

Digər Xəbərlər
Xəbər Lenti