Qətər Azərbaycan yığmasına hansı gözlə baxır?

12 Fevral 2021 11:00 Milli komanda 721
Qətər Azərbaycan yığmasına hansı gözlə baxır?

"Avropa çempionatının seçmə mərhələsində oynamağımız DÇ-2022-yə yaxşı hazırlaşmağımıza kömək edəcək".

Sportinfo.az xəbər verir ki, bunu Qətər yığmasının baş məşqçisi Feliks Sançes Bas yerli mətbuata açıqlamasında Azərbaycan millisinin də yer aldığı dünya çempionatının seçmə mərhələsinin A qrupu barədə danışarkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, qrupdakı bütün görüşlər həyəcanlı və maraqlı olacaq: "DÇ-2022-də də Avropa komandalarına qarşı oynaya bilərik.

Gələn il Amerika Kuboku və CONCACAF Qızıl Kubokda da mübarizə aparacağıq. Bunlar yaxşı planlardır. Artıq sadəcə Asiyadakı komandalara qarşı oynamırıq. Bu qarşılaşmaların hamısı dünya çempionatına yüksək səviyyədə hazırlaşmağa kömək olacaq".

UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Digər Xəbərlər
Xəbər Lenti