"Mən onlarda Azərbaycan millisində çıxış etmək istəyi gördüm"

11 Fevral 2021 19:00 Milli komanda 948
"Mən onlarda Azərbaycan millisində çıxış etmək istəyi gördüm"

«Hər ikisi ilə elə burada – Antalyada tanış oldum».

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol meneceri Erkin İbrahimov deyib.

Hazırda Antalyada olan skuat AFFA-nın milliyə cəlb etməyə hazırlaşdığı Anatoli Nuriyev və Rüstəm Əhmədzadələ görüşüb.

İbrahimov Ukraynada «Minay»ın formasını geyinən oyunçularla bağlı təəssüratının yaxşı olduğunu bildirib: «Onlarla bir oteldə qalırıq. Görən kimi diqqətimi çəkdilər.

Bura gələn kimi gedib oyunlarını izlədim və bəyəndim. Düzdür, mən də özlərinə məsləhət verdim ki, Azərbaycan millisini seçsəz, yaxşı olar, amma onları yola gətirən baş məşqçi olub.

Canni de Byazi bura İlqar Qurbanovla gəlmişdi. Açığı, onların söhbətində mən olmamışam, söhbətlərini müşahidə etməmişəm, bununla belə, bilirəm ki, danışıqlar yacşı keçib.

Məşqçidir də, yəqin 100 faiz deyib ki, sizi komandamda görmək istəyirəm.

Mənim futbolçu zövqüm hamıya bələddir, əminəm ki, Nuriyev gəlsə, elə bu dəqiqə öz mövqeyində millini gücləndirər.

Əhmədzadəyə gəlincə, belə dpavam eləsə, 1 il sonra yığmanın aparıcı futbolçusu olar. Onun atası azərbaycanlı, anası ukraynalıdır. Özü az-maz bizim dilimizi başa düşür, çalışır nəsə danışsın.

Nuriyevin isə bildiyimə görə, babası Qusarda anadan olub. Hər ikisi əla uşaqdır. İnsan olaraq çox xoşuma gəldilər.

Hiss olunur ki, özləri də bura səmimi şəkildə can atırlar. Məndən Azərbaycandakı vəziyyəti soruşurlar, maraqlanırlar. Qarabağ hadisələrindən də xəbərləri var.

Mən onlarda Azərbaycan millisində çıxış etmək istəyi gördüm».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"