"Damarlarında Azərbaycan qanı axır, amma milliyə gəlmirlər"

11 Fevral 2021 15:00 Milli komanda 2 706
"Damarlarında Azərbaycan qanı axır, amma milliyə gəlmirlər"

"Buna vaxtımız yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-19-un baş məşqçisi Samir Əliyev deyib.

Yığmanın çalışdırıcısı seleksiya ilə bağlı sahədə üzləşdikləri problemləri açıqlayıb. Gənc mütəxəssis qeyd edib ki, bundan sonra ölkə xaricində çıxış edən Azərbaycan əsilli futbolçunun dəvət olunması gözlənilmir:

"Amma belə futbolçular var. Ukraynada 3 ildən çoxdur maraqlandığımız biri var. Adlarını çəkmək istəmədiyim futbolçular var ki, gəlmək istəmirlər.

Damarlarında Azərbaycan qanı axan futbolçular var ki, millimizə gəlmirlər. Estoniyada maraqlandığımız bir futbolçu vardı.

Hər dəfə bir bəhanə gətirirlər. Gah pandemiyanı səbəb göstərirlər, gah da klublarında əcnəbi sayılacaqlarını.

Amma kənarda olanlardan kimi tapa biliriksə, komandaya cəlb etməyə çalışırıq. Elələri var ki, zəng vurub danışırsan, maraq göstərirsən, amma onun millidə oynamağa marağı yoxdur.

Kim istəməz ki, kənardan futbolçu dəvət eləsin? Özümüzdə üzdə olanlar da yetərincə yaxşı uşaqlardır.

Beynəlxaq oyunun olmaması əsas problemdir. Həmin uşaqların əsl gücünü görə bilmirik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!