Zimbabvedən Azərbaycan millisinə kömək - İRƏLİLƏYƏCƏK

11 Fevral 2021 17:20 Milli komanda 1 092
Zimbabvedən Azərbaycan millisinə kömək - İRƏLİLƏYƏCƏK

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, fevralın 18-də dərc olunacaq 2021-ci ilin ilk siyahısında bir sıra dəyişikliklər olacaq.

Bu, Azərbaycan yığmasından da yan ötməyəcək. Hesabat dövründə heç bir matça çıxmayan millimizin mövqeyi dəyişəcək.

İtaliyalı baş məşqçi Canni de Byazinin yetirmələri 1180 xalla 108-ci yerdə qərarlaşacaq. Komandamız bu pilləni eyni xala malik Estoniya ilə bölüşəcək.

Milli ötən cədvəllə müqayisədə bir pillə irəliləyəcək. Buna səbəb Zimbabvenin geriləməsidir. Afrika təmsilçisi 4 pillə geriləməklə 108-ci yerdən 112-ci sıraya yuvarlanacaq. Nəticədə Azərbaycan, Estoniya, Tailand və Liviya irəliləyəcək.

1489 xala malik Türkiyə millisi 32-ci pillədə qalacaq. İlk “üçlük”də də dəyişiklik olmayacaq. Belçika (1780), Fransa (1755) və Braziliya (1743) xala malik olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı