“O, məndən Azərbaycan millisində oynayıb-oynamayacağımı soruşdu"

10 Fevral 2021 19:20 Milli komanda 943
“O, məndən Azərbaycan millisində oynayıb-oynamayacağımı soruşdu"

Sportinfo.az Azərbaycan millisində oynamaq təklifi alan Avstriyanın ikinci liqa təmsilçisi “Blau-Vayss Lins”in yarımmüdafiəçisi Turqay Gəmicibaşının müsahibəsini təqdim edir:

- Adınız Azərbaycan millisi ilə birgə hallanır. Bu nə dərəcədə doğrudur?
- Bəli, bundan mənim də xəbərim var. Bir tanışım belə bir variantın olduğunu demişdi.

- Təklif konkret kimdən gəlib?
- Şəxsən mənim özümə rəsmi təklif gəlməyib. Vyanada yaşayan bir dostuma Azərbaycandan zəng vurub maraqlanmışdılar. O da məndən Azərbaycan millisində oynayıb-oynamayacağımı soruşdu.

- Qərarınızı artıq vermisiniz?
- Bəli, bu barədə çox düşünməyə ehtiyac duymadım. Azərbaycan millisində oynamaq istəmirəm. Çünki Türkiyə vətəndaşıyam. Tək arzum Türkiyə yığmasının formasını geyinməkdir.

- Avstriyanın ikinci liqasında çıxış edən bir futbolçunu Türkiyə millisinə dəvət edərlərmi?
- Niyə də olmasın? Məqsədim klub karyeramı daha da yaxşılaşdırmaqdır. İnanıram ki, özümü göstərə bilsəm, Türkiyə millisinə də çağırılacağam. Yaşım buna ümid etməyə imkan verir.

- Azərbaycan millisindən gələn təklifi qəbul etsəydiniz, çempionatımızdakı komandalardan birinə keçmək yolunuz da açılardı. Təklifi rədd etdiyiniz üçün sonra peşman olmayacaqsınız?
- Xeyr, peşman olmaram. Çünki hədəfim Türkiyə millisidir. O ki qaldı Azərbaycan çempionatına, təklif olarsa, şərtləri gözdən keçirə bilərəm. “Blau-Vayss Lins”də yaxşı maaş alıram, aylıq məvacibim 7 min avrodur. Azərbaycanda klubların maliyyə durumunun necə olduğunu bilmirəm (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"