COP29

"Bunlar arasında yerlə-göy qədər fərq var"

8 Fevral 2021 16:00 Milli komanda 843
"Bunlar arasında yerlə-göy qədər fərq var"

"25 yanvardan 6 fevrala kimi Bakıda təlim-məşq toplanışı keçdik.

Bu müddətdə 3 yoxlama görüşümüz oldu və dəvət etdiyimiz futbolçuların hamısını sınaqdan keçirdik.

Ümumi olaraq razı qaldım. "Neftçi"nin əvəzedici komandasına və "Sabah" məğlub olduq. Amma buna rəğmən uşaqların işə yanaşmasından razıyam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında U19 millimizin baş məşqçisi Samir Əliyev deyib.

Gənc mütəxəssis beynəlxalq görüşlərin olmamasından şikayətlənib: "Beynəlxaq oyunlarımız olsa, daha güclü rəqiblərlə oynayardıq.

Güclü rəqiblərlə qarşılaşanda, çatışmayan cəhətləri də görmək mümkün olur. Mən divizon klublarını aşağılamaq fikrində deyiləm, amma bəzi reallıqlar var.

Biri var ölkə daxilində divizon komandasına qarşı oynayasan, biri də var ki, ölkə xaricində beynəlxaq oyun keçirəsən.

Bunlar arasında yerlə-göy qədər fərq var. Həm futbolçular təcrübə toplayır, inkişaf edir, həm də biz onların potensialını daha yaxşı görmüş oluruq.

Bilirik ki, nəyin üzərində işləmək lazımdır. Seçmə mərhələdən hansı nəticələri gözləmək olar. Təəssüf ki, hazırda belə stuasiya ilə üzləşmişik".

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!