Bakıya gətirəcək baş məşqçi müəyyənləşdi - Serbiya millisini

7 Fevral 2021 21:00 Milli komanda 919
Bakıya gətirəcək baş məşqçi müəyyənləşdi - Serbiya millisini

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində rəqibi olan Serbiyanın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda Draqan Stoykoviçə tapşırılıb.

Tərəflər arasında artıq razılıq əldə olunduğu və 55 yaşlı mütəxəssisin fevral ayından yeni işinə başlayacağı bildirilib. Onun millidəki illik məvacibi isə 1 milyon avro olacaq.

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti