AFFA milinin ölkədən kənara çıxmasına razılaşdı – YENİ XƏBƏR

7 Fevral 2021 11:00 Milli komanda 875
AFFA milinin ölkədən kənara çıxmasına razılaşdı – YENİ XƏBƏR

DÇ-2022-nin seçmə mərhələsində çıxış edəcək millinin hazırlıq planı böyük ölçüdə müəyyənləşib.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, komanda martın 13-14-ü aralığında bir araya gələcək.

Bakıda toplaşacaq kollektiv 1 gün sonra ölkə xaricinə üz tutacaq.

Martın 24-də Portuqaliyanın qonağı olacaq, 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq yığmamızın Avstriyada təlim-məşq toplanışı keçməsi nəzərdə tutulur.

Lakin bu, hələ dəqiq deyil. Niderland, Belçika və İspaniya – Canni De Byazinin komandanı bu ölkələrdən birinə aparması da mümkündür. Hər halda bu, koronavirus pandemiyasına görə adıçəkilən ölkələrdə vəziyyətin necə olmasından asılıdır.

Bir qədər əvvəl xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın 20-ci turunun oyunlarını təxirə salıb.

Martın 18-19-u aralığında keçirilməsi planlaşdırılmış qarşılaşmalar hələlik qeyri-müəyyən müddətədək ertələnib.

Bu, Canni De Byazinin təkidi ilə baş verib. belə ki, italiyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar Premyer Liqanın təqviminə dəyişiklik edilməsini istəyib.

Qısa müddətdə 3 matça çıxmağın çətinliyini əsas gətirən De Byazi yığma üzvlərinin hazırlığına bir həftəlik toplanışın bəs etmədiyini bildirib. PFL və AFFA rəhbərliyi arasında məsləhətləşmədən sonra Premyer Liqanın 20-ci turunu təxirə salmağı qərəra alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı