Portuqaliyanın ulduzları millimizin işini asanlaşdırdı

6 Fevral 2021 14:24 Milli komanda 636
Portuqaliyanın ulduzları millimizin işini  asanlaşdırdı

Portuqaliya yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyunda əsas futbolçularının bəzilərindən istifadə etməyə bilər.

Sportinfo.az xəbər verir ki, buna FIFA-nın koronavirus pandemiyasına görə tətbiq etdiyi yeni qaydalar səbəb olub.

Qərara əsasən, klublar məhdudlaşdırıcı tədbirlər görülərkən oyunçuların yığma komandalara getməsini qadağan etmək hüququna malikdir. Yeni tənzimləmə aprel ayına qədər qüvvədədir.

Portuqaliya yığması martdakı qarşılaşmalar üçün İngiltərə Premyer Liqasında çıxış edən Brunu Fernandeş ("Mançester Yunayted"), Bernardu Silva (Mançester Siti), Dioqu Jota ("Liverpul") və Rui Patrisiunun ("Vulverhempton") xidmətindən yararlanmaya bilər.

Bu, yığmaya cəlb olunan oyunçuların geri dönüşdə karantinə alınacaqları ilə əlaqədardır. Portuqaliya koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən sayılır və "qırmızı siyahı"da yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti