Azərbaycan millisin hücumçusuna 2 təklif gəldi

4 Fevral 2021 15:00 Milli komanda 1 770
Azərbaycan millisin hücumçusuna 2 təklif gəldi

Yığmanın və «Sabah»ın hücumçusu Ramil Şeydayev karyerasını yenidən ölkə xaricində davam etdirmək fürsəti əldə edib.

Ona Cənubi Kipr və Yunanıstandan təkliflər gəlib.

Son vaxtlar «Sabah»da əsas heyətə düşməyən forvardın məsələsi ilə AFFA rəhbərliyinə yaxın menecerlər məşğuldur.

Şeydayevin Masazır təmsilçisi ilə müqaviləsi birillikdir. Yəqin ki, «Sabah» mövsümün sonunda ona yeni anlaşma şərtləri təklif etməyəcək.

Millinin baş məşqçisi Canni De Byazinin sözüylə hərəkətə keçən menecerlər Ramilin xidmətini Avropanın bir neçə ortabab çempionatının iştirakçılaarıına təklif edib.

Azərbaycanlı hücumçu ilə yalnız Cənubi Kipr və Yunanıstandan olan klublar ciddi maraqlanır. İndi buradja son söz yenə Şeydayevindir.

O, maliyyə məsələsində güzəştə gedəcəkmi? Bax, əsas sual elə budur.

Onun Azərbaycanda illik qazancının 220 min dollar təşkil etməsini xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti