"Mənim üçün komandanın xal qazanması yox, aqressiv olması daha vacibdir"

3 Fevral 2021 23:20 Milli komanda 585
"Mənim üçün komandanın xal qazanması yox, aqressiv olması daha vacibdir"

"Bu qaydada hazırlaşmalı və ən əsası, hər matçda birdən çox qol vurmağı öyrənməliyik".

Sportinfo.az xəbər verir ki, bu sözlər U-21 yığmaamızın baş məşqçisi Milan Obradoviçə məxsusdur.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Azərbaycan Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq. Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.

Obradoviç bildirib ki, komandası hər şeydən öncə öz oyununa fikir verməlidir: "Əlbəttə, irəliyə doğru daha bir addım atmaq istəyirik. Bunun üçün keçən ildəkindən daha yaxşı oynamalıyıq.

Mənim üçün komandanın xal qazanması yox, aqressiv olması, baxımlı oyun göstərməsi, daim hücumda olması daha vacibdir. Belə olsa, yaxşı nəticələr özü gələcək və turnir cədvəlinin yuxarı sıralarında qərarlaşacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!