"Sumqayıt"ın prezidenti De Byazini saymadı - VİDEO

2 Fevral 2021 09:40 Milli komanda 1 105
"Sumqayıt"ın prezidenti De Byazini saymadı -  VİDEO

Dünən Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürüb.

“Sumqayıt” doğma arenada “Səbail”i qəbul edib (0:1).

Millinin baş məşqçisi Canni De Byazi də bu matçı izləmək fürsətini qaçırmayıb. Amma italyan çalışdırıcı özünü “gənclik şəhəri“nə vaxtında çatdıra bilməyib. O, qarşılaşmanın start fitindən 10 dəqiqə sonra mənzil başına yetişib.

Maraqlıdır ki, ev sahiblərinin prezidenti Riad Rəfiyev VİP-lojada olsa da, yığmanın sükançısının pişvazına çıxmayıb. De Byaziyə biganə münasibət göstərən klub rəhbəri onu qarşılamağa əməkdaşlardan birini göndərib.

Bu səhnə Sportinfo.az-ın əməkdaşının gözündən yayınmayıb. Həmin görüntünü təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti