"Sualım budur ki, o, hansı futbolçularla komanda qurmaq istəyir?"

1 Fevral 2021 21:20 Milli komanda 1 029
"Sualım budur ki, o, hansı futbolçularla komanda qurmaq istəyir?"

«Vaxt hamıya lazımdır».

Sportinfo.az xəbər verir ki, «Qəbələ»nin sabiq baş məşqçisi Ramiz Məmmədov U-21 millisinin çalışdırıcısı Milan Obradoviçin «mənə zaman lazımdır» açıqlamasına münasibət bildirib.

«Pro» kateqoriyalı mütəxəssis serbiyalının burada uğur qazanacağına inanmadığını söyləyib: «Obradoviç 2 ilə yaxındır ki, yığmadadır. Bir seçmə mərhələdə komndanı çalışdırdı.

Yenidən vaxt istəyirsə, buyursun. O vaxtı bizim məşqçilər də istəmişdi. Hamı öz istədiyi heyəti qurmaq istəyir.

Obradoviçə sualım budur ki, hansı futbolçularla komanda qurmaq istəyir? Xaricdən gətirilən uşaqlar bizə nə qədər can yandıracaq? Nə qədər kənardan oyunçu gətirib milliləşdirəcəyik?

O futbolçuları burada yetişdirməliyik. Aşağı yaş qruplarına fikir verməliyik. Asta-asta bu məqama fikir verib, inkişaf etdirməliyik. Futbolçunu birdən-birə yetişdirə bilmərik.

Bunun üçün düzgün sistem lazımdır. 14-15 yaşındakı istedadlı uşaqları xaricə çıxarmağa can atmalıyıq. Belə olan halda, milli komandalarımız da inkişaf edər».

Digər Xəbərlər
Xəbər Lenti