"İstədiyimiz baş verməsə, əməkdaşlıq davam etdirilməyəcək"

1 Fevral 2021 12:40 Milli komanda 960
"İstədiyimiz baş verməsə, əməkdaşlıq davam etdirilməyəcək"

"Püşk atıldı, çətin qrupa düşdük".

Sportinfo.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov AVRO-2023-ün seçmə mərhələsinin püşkatamasıının nəticələri barədə fikirlərini bölüşüb.

Azərbaycan millisi A qrupunda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə birlikdə mübarizə aparacaq. E.Məmmədov baş məşqçi Milan Obradoviçin U-21 yığmasındakı taleyinin qarşıdakı nəticələrdən asılı olacağını bildirib:

"Alınsa, davam edəcək. İstədiyimiz baş verməsə, təbii ki, əməkdaşlıq davam etdirilməyəcək. Hər bir baş məşqçi ilə minimum iki seçmə mərhələni əhatə edən müqavilə imzalanıb.

21 yaşadək millimiz çətin, sabit qrupa düşüb. Amma uğursuz alınsa, yəqin ki, baş məşqçi Milan Obradoviçlə müqaviləni uzatmayacağıq.

Ümumiyyətlə, mən hər bir aşağı yaş qrupu üzrə millimizə baş məşqçinin iki seçmə mərhələ üçün təyin olunmasının tərəfdarıyam”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu