Ərəblər millimizi Londona aparmaq istəyir, AFFA çəkinir

29 Yanvar 2021 16:00 Milli komanda 883
Ərəblər millimizi Londona aparmaq istəyir, AFFA çəkinir

Azərbaycan milli komandasının Qətərlə yoldaşlıq oyunu İngiltərədə keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, DÇ-2022-nin seçmə mərhələsi zamanı Avropa zonası üzrə A qrupunda yer alan yığmalarla yoxlama matçlarına çıxacaq Asiya təmsilçisi ilə duelin Londonda təşkili nəzərdə tutulsa da, bu, müəyyən problemlərə yol açıb:

“Martda bizi çox çətin proses gözləyir. Səfərdə Portuqaliya, evdə Serbiya ilə qarşılaşacağıq. Bunun arasında da Qətərlə oynamalıyıq.

İlkin məlumata görə, Qətər oyunlarını Londonda keçirə bilər. Amma Londonda hazırda karantin rejimi var. Bu şəraitdə ora uçmaq bizim üçün çətin olar.

Bu barədə də Qətər Futbol Federasiyasına məlumat vermişik. Hər ölkənin öz qaydaları, prosedurları var. UEFA üçün də çətindir. 55 üzv ölkə var, təkcə yığmalar yox, klub yarışları da var”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!