Elxan Məmmədov millinin uğursuz çıxışına nə qiymət verdi?

29 Yanvar 2021 16:20 Milli komanda 750
Elxan Məmmədov millinin uğursuz çıxışına nə qiymət verdi?

"Ötən il milli komandalar üçün əsas mübarizə koronavirusla bağlı idi. Məhdudiyyətlərə baxmayaraq, yığmalarımız beynəlxalq turnirlərdə iştirak etdi".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Onun fikrincə, əsas yığma UEFA Millətlər Liqasında daha yaxşı çıxış edə bilərdi: "Sadəcə, baş məşqçi Canni De Byazi vəziyyətlə əlaqədar gec gəldi, müəyyən problemlər oldu.

Amma nəsil dəyişməsi baş verdi. Daim bu məsələni müzakirə edirdik. Ortaya tamamilə yeni komanda çıxır. Ölkə xaricində oynayan futbolçular yığmaya gələ bilmədilər. Gənclərimiz onları layiqincə əvəz etdilər. Pandemiya idman sahəsini alt-üst etdi".

Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"