"Qrupda favorit görmürəm və bu ad bizə yaxın olacaq"

29 Yanvar 2021 17:20 Milli komanda 1 270
"Qrupda favorit görmürəm və bu ad bizə yaxın olacaq"

“Bu püşkün nəticələri son bir neçə seçmə mərhələdən fərqlənir. Həmişə qrupumuzda Almaniya, İspaniya və İngiltərə kimi favorit olurdu”.

Sportinfo.az xəbər verir ki,bunu Avstriyanın U-21 yığmasının baş məşqçisi Verner Qreqoriş deyib.

Təcrübəli mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin 2021-ci ilin martında başlayacaq püşkünü dəyərləndirib. O, Azərbaycan, Xorvatiya, Estoniya, Norveç və Finlandiya ilə birgə yer aldıqları 1-ci qrupda favorit görmədiyini bildirib:

“Bu dəfə kağız üzərində balanslaşmış qrupa düşmüşük. Mənim üçün bu qrupda qarşıya qoyulacaq vəzifə çox maraqlı və cəlbedicidir.

Bizi çox maraqlı mübarizə gözləyir. Əlbəttə, hər tsikl fərqlidir. Amma biz son illərdə yaxşı səviyyəyə çatmışıq. Bunu seçmə mərhələdə də sübut etmək istəyirik.

Estoniyadan başqa qrupdakı bütün rəqiblərlə oynamışıq. Həm də yaxşı nəticələr qazanmışıq. Bir sözlə, qrupda favorit görmürəm və bu ad bizə yaxın olacaq”..

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı