"Biz daha ağıllı olmalıyıq, Azərbaycanı analiz edəcəyik"

29 Yanvar 2021 19:40 Milli komanda 760
"Biz daha ağıllı olmalıyıq, Azərbaycanı analiz edəcəyik"

“Qrupumuzda şimal komandaları çoxdur.

Buna görə də oyunlarımızı münasib olmayan vaxtda - soyuq hava və süni örtükdə keçirməmək çox vacibdir”.

Sportinfo.az xəbər verir ki, bunu Xorvatiyanın U-21 yığmasının baş məşqçisi İqor Biscan deyib.

AVRO-2023-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirən mütəxəssis Norveç, Avstriya, Finlandiya, Azərbaycan və Estoniya ilə birgə mübarizə aparacaqları A qrupundan danışıb:

“Rəqiblərin gücünə gəlincə, biz daha ağıllı olmalıyıq. Biz rəqibləri analiz edəcəyik. Amma başa düşürük ki, Xorvatiya birinci yerə favoritdir. Bu o demək deyil ki, işimiz asan olacaq.

Seçmə mərhələ çox çətin olacaq. Norveç və Avstriya keyfiyyətə malikdir. Amma digər rəqiblər də qeyri-münasib ola bilər. Ona görə də hər görüşə optimal səviyyədə yanaşmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!