"Vəzifənin öhdəsindən gəlib, ilk iki yerdən birini tuta bilərik”

29 Yanvar 2021 00:42 Milli komanda 576
"Vəzifənin öhdəsindən gəlib, ilk iki yerdən birini tuta bilərik”

“Seçmə mərhələnin startını səbirsizliklə gözləyirik. Çox maraqlı mübarizə olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Norveçin U-21 millisinin baş məşqçisi Leyf Qunnar Smerud deyib.

O, AVRO-2023-ün seçmə mərhələsini dəyərləndirib. Mütəxəssis Azərbaycan yığmasının, həmçinin Xorvatiya, Avstriya, Finlandiya və Estoniyanın da yer aldığı A qrupundakı şanslarından danışıb:

“Xorvatiya və Avstriya çox yaxşı komandalardır. Amma bu qrupdan da çıxmaq şanslarımız var. Martda təlim-məşq toplanışımız olacaq. Çox yaxşı komandamız var.

Təcrübə və gəncliyin sintezində yerli və xarici klublardan olan futbolçulardan ibarət komanda qurmuşuq. Bu, möhtəşəm komandadır. Vəzifənin öhdəsindən gəlib ilk iki yerdən birini tuta bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti