Azərbaycan millisi üçün ilk rəqib - AVRO-2023-ün seçmə mərhələsində

28 Yanvar 2021 21:20 Milli komanda 1 097
Azərbaycan millisi üçün ilk rəqib - AVRO-2023-ün seçmə mərhələsində

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.

Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq. Yığmanın Xorvatiya və Avstriya ilə oyunları həmin ilin sentyabr, Finlandiya ilə matçı isə noyabr ayına təsadüf edəcək. Qarşılaşmaların dəqiq tarixi bilinmir.

Millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!