Millimiz oyunlarını Belçikada keçirəcək

23 Yanvar 2021 16:20 Milli komanda 815
Millimiz oyunlarını Belçikada keçirəcək

17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.

Qarşılaşmalar 5 - 12 oktyabrda gerçəkləşəcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti