"Qurban bunları qəbul eləmədiyi üçün millidən getdi, gördü ki…."

19 Yanvar 2021 17:00 Milli komanda 1 900
"Qurban bunları qəbul eləmədiyi üçün millidən getdi, gördü ki…."

“İndiki cavan məşqçilərimiz de Byazidən min dəfə çox xeyir verər”.

Sportinfo.az xəbər verir ki, bunu veteran futbolçu Mehman Alışanov Azərbaycan millisinin hazırkı durumu barədə danışarkən deyib.

Futbolçu karyerası ərzində “Qarabağ”, “Şəmkir”, “Viləş”, “Turan” kimi komandalarda çıxış etmiş Alışanov yığmada əcnəbi məşqçilərin çalışmasına qarşıdır:

“İllərdir əcnəbi mütəxəssis gətirirlər. De Byazi bir ildir buradadır, kimə nə öyrədə bilib? Müdafiə futbolunu bizimkilər də bacarar. İllərdir Foqts, Prosineçki kimilərini boş-boşuna gətirirlər”.

51 yaşlı mütəxəssis 2018-ci ildə yığmaya rəhbərlik edən “Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanovun vaxtından tez ayrılmasına da münasibət bildirib.

Onun fikrincə, AFFA-dan göstərişlərin verilməsi Qurbanovun millidən getməsinə səbəb olub: “Yerlilərdən son illər yalnız Qurban Qurbanov təyin olunmuşdu, o da qalmadı.

Məncə, Qurban istəsəydi, qalardı. Gördü ki, yığma yuxarıdan idarə olunur, heyət qurulanda AFFA-dan müdaxilə olunur, hərə bir tərəfdən göstəriş verir.

Qurban elə bunları qəbul eləmədiyi üçün getdi. Adlı-sanlı məşqçidir, “Qarabağ”da uğurlar qazanır. Göz görə-görə özünü niyə “yandırsın?” (apasport.az)

Əminəm ki, yığmada gördükləri onu təəccübləndirdi. Fikirləşdi ki, “Qarabağ”da başım sakit işimi davam etdirim, uğurlarımı qazanım”.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular