Millimizdə işini davam etdirmək üçün 100 min güzəştə getdi

18 Yanvar 2021 22:30 Milli komanda 1 793
Millimizdə işini davam etdirmək üçün 100 min güzəştə getdi

U-21-in baş məşqçisi Milan Obradoviç hələ də ölkəmizə gəlməyib.

Serbiyalı mütəxəssis hazırda vətənindədir. O və köməkçiləri Bakıya yanvarın 22-də səfər edəcək.

AFFA tərəfindən müqaviləsi 2 illik uzadılan balkanlı çalışdırıcı əvvəlkindən bir qədər az qazanacaq.

Əgər federasiya ona ilk iki il ərzində hər ay 35 min dollar ödəyirdisə, buədəfəki sözləşmədə məbləğ ümumən 100 min dollaradək aşağı çəkilib.

Əvəzində Obradoviçin qarşısına daha ciddi vəzifə qoyulub: U-21 Avropa çempionatının növbəti seçmə mərhələsində qrupu ikinci-üçüncü sırada bitirməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM