"Əksər komandalar bizə dırnaqarası baxır, biz nəyə arxalanırıq?"

16 Yanvar 20:20 Milli komanda 280
"Əksər komandalar bizə dırnaqarası baxır, biz nəyə arxalanırıq?"

“Canni de Byazi Millətlər Liqasını ciddi turnir qəbul eləmir. Gözləsin, seçmə mərhələdən birinci yerlə dünya çempionatına yollanacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Azərbaycan millisinin sabiq futbolçusu Samir Ələkbərov yığmanın DÇ-2022-nin seçmə qrup mərhələsindəki şansları barədə danışarkən deyib.

Azərbaycan DÇ-2022-nin seçmə qrup mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.

Millətlər Liqasındakı uğursuz çıxışdan sonra seçmə mərhələdə də komandadan heç nə gözləmədiyini söyləyən futbol veteranı yığmanın baş məşqçisi Canni de Byazini sərt şəkildə tənqid edib:

“Baş məşqçi demişdi ki, Millətlər Liqası bizim üçün sınaq müddətidir. Bu turnir ona görə yaradılıb ki, bizim kimi zəif komandalar oradan dünya və ya Avropa çempionatına çıxa bilsin.

Əksər komandalar bizə dırnaqarası baxır, biz nəyə arxalanıb ciddi qəbul etmirik, başa düşmürəm. A, B liqasındakı yığmalar dırnaqarası yanaşa bilər, amma UEFA bunu bizə kömək üçün yaradıb.

Millətlər Liqasında heç nə edə bilməyən komanda indi Portuqaliyanı, Serbiyanı qabaqlayacaq? Camaatı nə vaxta qədər aldatmaq, ələ salmaq olar? Çox sadəlövhük, dərhal belə yalanlara inanırıq.

İldən-ilə şans daha da çətinləşəcək. Məsələn, B liqasından aşağı düşənlər oldu. Bu o deməkdir ki, növbəti mövsümdə də heç cür şansımız olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 11:40 Abasova nə tövbə..?