Millinin futbolçuları AFFA-dan BU QƏDƏR PUL ALDI

16 Yanvar 2021 15:00 Milli komanda 1 295
Millinin futbolçuları AFFA-dan BU QƏDƏR PUL ALDI

AFFA yığma komandaya olan borcunu tamamilə bağlayıb.

Sportinfo.az-ın məlumatına görə, federasiya UEFA Millətlər Liqasının son 2 turunda eyni sayda xal toplayan kollektivin mükafatını bugünlərdə verib.

Monteneqro və Lüksemburqla qolsuz heç-heçə əsas heyət üzvlərinin hər birinə 30 min manat qazandırıb. Habelə, hər futbolçuya 2000 manat ezamiyyə haqqı ödəyib.

Bundan əvvəl isə oyunçular Sloveniya ilə yoldaşlıq görüşünə (0:0) görə onlara çatacaq 5000 manatı alıb. Beləliklə, 3 qolsuz matç millinin mənsublarına üst-üstə 37000 manat qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti