De Byazi "nala-mıxa" vurdu: "Heyətimizin necə olacağını bilmirik"

16 Yanvar 2021 11:20 Milli komanda 734
De Byazi "nala-mıxa" vurdu: "Heyətimizin necə olacağını bilmirik"

Yığmamızın baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 65 yaşlı mütəxəssis A qrupunda işlərin çətin olacağını söyləyib:

"Martın 24-də səfərdə Portuqaliya ilə qarşılaşacağıq. Daha sonra Qətər və Serbiya ilə üz-üzə gələcəyik. Bir həftə ərzində 3 görüş keçirəcəyik.

Asan oyun olmayacaq. Amma əlimizdən gələni edəcəyik. Oyunlar öncəsi heyətimizin necə olacağını bilmirik".

Martın 24-də Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi, 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti